“Zirə” – “Səbail” yoxlama matçının vaxtı müəyyənləşib
Bu gün iki Bakı təmsilçisi olan “Zirə” klubu ilə “Səbail” yoxlama görüşü keçirəcək.

Zirə İdman Kompleksinin meydançasında keçiriləcək oyuna saat 18:00-da start veriləcək.

Xatırladaq ki, Premyer Liqada 20-ci turdan sonra “Zirə” klubu 23 xalla beşinci, “Səbail” isə 20 xalla yeddinci pillədə qərarlaşıb.

Xəbər 499 dəfə oxundu.