İcraiyyə Şurasının iclasında Beynəlxalq Olimpiya Komitəsinin sessiyasına hazırlıqlar müzakirə olunacaq
İyunun 10-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurasının videoformat şəklində konfransı keçiriləcək.

İcraiyyə Şurasının iclasında əvvəlcə qurumun rəhbəri Tomas Bax hesabat məruzəsi ilə çıxış edəcək. Ardınca BOK-un Koordinasiya Komissiyasının və eləcə də, “Tokio-2020”, “Pekin-2022”, “Paris-2024” Olimpiya Oyunları Təşkilat komitələrinin hesabatları dinləniləcək. Koordinasiya Komissiyasının hesabatını qurumun rəhbəri Con Kouts təqdim edəcək.
İcraiyyə Şurasının toplantısında həm də BOK-un 136-cı sessiyasına hazırlıqlar müzakirə ediləcək.

Tədbirin sonunda BOK prezidenti Tomas Bax KİV nümayəndələrinin suallarını cavablandıracaq.

Xəbər 491 dəfə oxundu.