Silverstoun avtodromunun direktoru karton auditoriyası ideyasını dəstəkləyib
Formula 1 Britaniya Qran-Prisində tribunalarda Bundesliqada olduğu kimi karton izləyicilər yerləşdirilə bilər.

Silverstoundakı avtodromun direktoru Stüart Prinql bu barədə KİV-lərə açıqlamasında bildirib. O, qeyd edib ki, Bundesliqadakı kimi karton auditoriyası ideyasını dəstəkləyir. Amma bununla belə, müxtəlif variantlar da nəzərdən keçirilir.

Xatırladaq ki, Formula 1 mövsümü iyulun 5-də Avstriyada start götürəcək.

Xəbər 502 dəfə oxundu.