Bakıda velosiped idmanı üzrə federasiya kuboku turniri keçiriləcək
İyunun 9-da Dünya Velosiped Günü münasibətilə trek üzrə Federasiya Kuboku yarışı keçiriləcək.

Respublika Velotrekində təşkil edilən yarış U-15, U-17 və gənclər kateqoriyaları üzrə təşkil olunacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. Bu turnir müvafiq icazənin verilməsindən sonra təşkil edilən birinci yarış olacaq.

Xəbər 536 dəfə oxundu.