“Ajax Baku” və NTD futzal klubları çempion elan ediliblər
İyunun 8-də Azərbaycan Futzal Federasiyasının (AFF) iclası keçirilib.

İclasda koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrin sonunda Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019-2020-ci il mövsümünün başa çatdırılması qərara alınıb. Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “Ajax Baku” (Birinci Liqa) və NTD (İkinci Liqa) qalib elan ediliblər.

Yüksək Liqa ilə bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

Xəbər 448 dəfə oxundu.