“Neftçi” ingiltərəli mütəxəssislə yollarını ayırıb
Bakının “Neftçi” klubu Futbol Akademiyasının müqavilə müddəti başa çatan direktoru Mik Benetlə qarşılıqlı razılaşma əsasında yolları ayrıb.

Bakı təmsilçisinin prezidenti Kamran Quliyev ingiltərəli mütəxəssislə görüşərək xidmətlərinə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, ingiltərəli mütəxəssis 2018-ci ilin sentyabrından “Neftçi”də çalışıb.

Xəbər 425 dəfə oxundu.