Alvaro Morata yenidən İtaliyada çıxış edə bilər
İspaniyanın “Atletiko” futbol klubunun hücumçusu Alvaro Morata yenidən İtaliyada çıxış edə bilər.

27 yaşlı ispaniyalı hücumçu “İnter”in maraq dairəsinə düşüb. A.Morata Milan təmsilçisindən ayrılacağı gözlənilən Lautaro Martinesin əvəzləyicisi kimi görüldüyü bildirilir. Artıq ispaniyalı hücumçunun transferi üçün Madrid klubu ilə danışıqların başladığı da qeyd olunub.

Xatırladaq ki, A.Morata əvvəl də İtaliyada oynayıb. Hücumçu 2014-2016-cı illərdə Turin klubu “Yuventus”da çıxış edib.

Xəbər 420 dəfə oxundu.