Robert Levandovski yeni rekorda imza atıb
Almaniyanın “Bavariya” futbol klubunun hücumçusu Robert Levandovski şəxsi rekordunu yeniləyib.

31 yaşlı polşalı futbolçu Bundesliqanın XXX turunda “Bayer”lə səfər qarşılaşmasında (4:2) fərqlənməklə buna nail olub. Komandasının 4-cü topunun müəllifi olan R.Levandovski cari mövsüm bütün turnirlərdəki qollarının sayını 44-ə çatdırıb. Bu isə onun karyerası ərzində göstərdiyi ən uğurlu nəticədir.

Otuz bir yaşlı hücumçunun əvvəlki rekordu 2016-2017-ci il mövsümünə təsadüf edir. O, həmin mövsümdə rəqib qapılarına 43 dəfə yol tapıb.

Xatırladaq ki, polşalı hücumçu Münxen təmsilçisinin heyətində keçirdiyi 38 oyunda 44 dəfə fərqlənib və 3 assist edib.


Xəbər 517 dəfə oxundu.