“Dakar-2021” rallisinin təqdimatı olacaq
Səudiyyə Ərəbistanında təşkil olunacaq Dakar-2021” rallisinin iyunun 11-də təqdimatı olacaq.

Onlayn formatda təşkil olunacaq təqdimatda yarışın marşrutu və yeniliklər barədə məlumat veriləcək.

Yarışın rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq təqdimatında Səudiyyə Ərəbistanının idman naziri Abdulaziz bin Turki Əl Feysal Əl Saud, yarışın direktoru David Kaster, ölkənin avtomobil və motosiklet federasiyalarının nümayəndələri iştirak edəcəklər.

Xəbər 496 dəfə oxundu.