Timo Verner “Çelsi” klubuna transfer olunacaq
Almaniyanın “Leyptsiq” futbol klubunun hücumçusu Timo Verner yay transfer pəncərəsində komandasını dəyişəcək.

24 yaşlı almaniyalı hücumçu Londonun “Çelsi” klubuna 60 milyon avro qarşılığında transfer olunacaq.

Daha əvvəl T.Vernerin “Mançester Siti” və “Liverpul”a transfer olunacağı barədə mətbuatda xəbər yayılmışdı.

Qeyd edək ki, almaniyalı hücumçu cari mövsümdə “Leyptsiq”in heyətində keçirdiyi 41 matçda 31 qol vurub və 8 məhsuldar ötürmə edib.


Xəbər 496 dəfə oxundu.