“Ayaks”ın yarımmüdafiəçisi “Mançester Yunayted” klubuna keçə bilər
Niderlandın “Ayaks” futbol klubunun yarımmüdafiəçisi Donni van de Bek İngiltərənin “Mançester Yunayted” komandasına keçə bilər.

“Mançester Yunayted” futbolçu üçün 40 milyon avro təklif edir.

Niderland klubunun yarımmüdafiəçisi bu mövsüm 37 oyun keçirib, 10 qol vurub. İngiltərə Premyer Liqasının turnir cədvəlində "Mançester Yunayted" 45 xalla beşinci yerdədir.


Xəbər 496 dəfə oxundu.