“Sumqayıt”-“Qəbələ” yoxlama görüşünün vaxtı dəyişdirilib
“Sumqayıt” və “Qəbələ” futbol klubları arasında keçirilməli olan yoxlama görüşünün vaxtı dəyişdirilib.

Buna səbəb Nazirlər Kabinetinin yanında Operativ Qərargahın iyunun 6-7-də karantin rejimini sərtləşdirməsi olub.

Ötən iki gündə “Qəbələ” doğma məkanda hazırlığını davam etdirsə də, “Sumqayıt” futbolçuları məşqsiz qalıblar. Bu səbəbdən tərəflər yoxlama görüşünü iyunun 10-da keçirməyi razılaşdırıblar. Qarşılaşma öncədən də nəzərdə tutulduğu kimi, “Kapital Bank Arena”da olacaq. “Qırmızı-qaralar” iyunun 8-də Bakıya gələrək, məşqlərini paytaxtda davam etdirəcəklər.


Xəbər 492 dəfə oxundu.