“Sabah”ın yarımmüdafiəçisi yenidən Türkiyədə çıxış edə bilər
Bakının “Sabah” futbol klubunun yarımmüdafiəçisi Ozan Can Kökçü yenidən Türkiyədə çıxış edə bilər.

22 yaşlı yarımmüdafiəçi ilə Superliqa təmsilçiləri “Beşiktaş” və “Kasımpaşa” klubları maraqlanırlar.

“Beşiktaş”ın daha əvvəl Niderlandın “Feyenoord” komandasında çıxış edən Kökçünün qardaşı Orkun Kökçünü də istədiyi, lakin artıq bu transferdən imtina etdiyi bildirilib.

“Qara qartallar”ın “Sabah”la razılaşacağı təqdirdə Ozan Canın “Beşiktaş”la müqaviləyə qol çəkəcəyi qeyd olunub.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvünün “Sabah”la müqaviləsi 2021-ci ilin yayına qədərdir.


Xəbər 511 dəfə oxundu.