Çində bu il iki Formula 1 yarışı baş tuta bilər
Bəhreyn, Əbu Dabi və Rusiya ilə yanaşı, Çin də iki yarış keçirməyə hazır olduğunu bildirib.

Azsport.az xəbər verir ki, belə vəziyyətdə Formula 1 rəhbərliyinin şərtlərindən biri, ikinci yarış üçün müqavilədə razılaşdırılmış məbləğin yarısının ödənilməsidir.

Hazırlanmış yeni təqvimə görə Çin Qran-Prisi oktyabrın 4-nə nəzərdə tutulub. Meksika və Braziliyada epidemioloji vəziyyətin gərginliyini nəzərə alan Formula 1 rəhbərliyi oktyabrın 11-nə planlaşdırılan Yaponiya Qran-Prisinin təşkilinin sual altında olduğu üçün həmin tarixdə Çində ikinci yürüşün keçirilməsini istəyir. Artıq tərəflər arasında bu istiqamətdə danışıqlar gedir.



Xəbər 431 dəfə oxundu.