Konor Makqreqor karyerasını bitirdiyini açıqlayıb
Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsində keçmiş çempionu irlandiyalı Konor Makqreqor karyerasını bitirdiyini elan edib.

Bu barədə idmançı öz "Twitter" səhifəsində yazıb.

UFC prezidenti Dana Uayt bundan əvvəl irlandiyalı döyüşçünün rusiyalı Həbib Nurməhəmmədov-amerikalı Castin Getji qarşılaşmasının qalibi ilə döyüşə biləcəyini açıqlamışdı.

Qeyd edək ki, 2018-ci ildə Las-Veqasda UFC 229 şousu çərçivəsində K.Makqreqor ilə H.Nurməhəmmədov arasında döyüş keçirilib. “T-Mobile” arenasında keçirilən döyüş H.Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.

K.Makqreqor UFC-nin ən məşhur döyüşçülərindən biridir. Karyerası ərzində keçiridiyi 26 döyüşdən 22-də qələbə (19 vaxtdan əvvəl) qazanıb, 4 dəfə məğlub olub.

Xəbər 1128 dəfə oxundu.