Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti vəfat edib
Azərbaycan idmanına ağır itki üz verib. Azərbaycan Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti Şaiq Məmməd oğlu Həmidov ürəyində yaranmış problem səbəbindən, bu gün səhər saatlarında dünyasını dəyişib.

Ş.Həmidov müxtəlif illərdə Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti və icraçı direktoru, eləcə də Əlillər Futbolu Federasiyadının prezidenti vəzifələrində çalışıb.

O, 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Xəbər 582 dəfə oxundu.