Amanda Nunes yarım yüngül çəkidə UFC çempionu titulunu müdafiə edib
Braziliyalı Amanda Nunes kanadalı Felicia Spenceri məğlub edərək yarım yüngül çəkidə UFC (Mütləq Döyüş Çempionatı) çempionu titulunu müdafiə edib.

“UFC 250” turnirinin əsas yarışı olan bu döyüş Las-Veqasda koronavirus pandemiyası səbəbindən boş tribunalarda keçirilib.

Braziliyalı 32 yaşlı döyüşçü, eyni zamanda, ən yüngül çəkidə UFC çempionudur. Onun aktivində 20 qələbə, 4 məğlubiyyət var. Kanadalı 29 yaşlı döyüşçü isə karyerası ərzində 8 qələbə qazanıb, 4 dəfə məğlub olub.

Xəbər 790 dəfə oxundu.