Xorxe Masvidal da UFC-ni tərk etməklə hədələyib
MMA döyüşçüsü Xorxe Masvidal Mütləq Döyüş Çempionatını (UFC) maliyyə səbəbindən tərk etməklə hədələyib.

UFC idmançıya Neyt Diasla keçirəcəyi növbəti döyüş üçün ondan qabaq Kamaru Usmanla qarşılaşması zamanı ödədiyindən daha az məbləğ ödəməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, X.Masvidal karyerası ərzində keçirdiyi 48 döyüşdən 35-də qələbə qazanıb.

Bundan əvvəl ABŞ döyüşçüsü Con Cons orta ağır çəkidə UFC çempionluğundan imtina etmək niyyətində olduğunu açıqlayıb.

Xəbər 439 dəfə oxundu.