Formula 1 Macarıstan Qran-Prisi 2027-ci ilədək təşkil olunacaq
Formula 1 Macarıstan Qran-Prisi 2027-ci ilədək təşkil olunacaq. Bu barədə Liberty Media rəhbərliyi və yarışın təşkilatçısı arasında razılıq əldə olunub.

Bu il iyulun 17-19-da Macarıstanda Formula 1 üzrə dünya çempionatının üçüncü yarışı keçiriləcək. Digər Avropa yarışlarında olduğu kimi, bu yürüş da azarkeşsiz baş tutacaq.

Bunun müqabilində yarışın təşkilatçılarına müqavilənin 2027-ci ilə qədər uzadılması təklif edilib və razılıqla qarşılanıb.

"Hunqarorinq" avtodromunun rəhbəri Jolt Dyulai builki yarış tamaşaçısız keçirilsə də, xərclərinin dəyişmədiyini vurğulayıb. “Bu çətin günlərdə həm bizim, həm də Formula 1 üçün ən sərfəli olanı tapmaq üçün əlimizdən gələni etdik və müqaviləni daha bir il uzatmaq qərarına gəldik. Biz çempionatı 2026-cı yox, 2027-ci ilə qədər qəbul edəcəyik”, - deyə o bildirib.


Xəbər 486 dəfə oxundu.