Kriştiano Ronaldo Avropanın ən yaxşı hücumçusu seçilib
“BBC Sport” kanalı Avropada son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün sorğu keçirib.

Səsvermədə 2000-ci ildən bəri üç mövsüm ən azı 20 qol vuran qitənin ən yaxşı 32 avropalı futbolçunun adı yer alıb. Keçirilən səsvermədə Kriştiano Ronaldo və Tyerri Anri finala yüksəliblər. Finalda “Yuventus”un portuqaliyalı hücumçusu 54 faiz səslə qalib gəlib və Avropanın ən yaxşı hücumçusu seçilib.

Qeyd edək ki, Ronaldo 2002-ci ildə “Sportinq”də debütündən indiyədək 838 matçda 626 qol vurub.


Xəbər 500 dəfə oxundu.