“Aze Nakhcıvan-Köln” Futbol Klubuna stadion tikilir
Türkiyədə yaşayan iş adamı, Aze Nakhcıvan-Köln şirkətinin rəhbəri Elşən Rəsulov Almaniyada fəaliyyət göstərən “Aze Nakhcıvan-KN” SK Futbol Klubuna dəstək verib. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Beləki, O, yeni yaranmış kluba Kölndə süni ot örtüklü stadion inşa etmək arzusunda olduğunu bildirib. Klubla razılıq baş tutandan sonra klub rəhbərliyi stadionun inşası üçün Köln Şəhər Bələdiyyəsi ilə danışıqlara başlayıb. Texniki məsələlər Köln bələdiyyəsi ilə razılaşdırılıb. Mütəxəssislərin dediyinə görə, belə bir stadionun Kölndə tikintisi 800 000 avroya başa gəlir.

Qeyd edək ki, Elşən Rəsulov öz sahəsində uğur qazanmış gənc iş adamıdır. O, Belçikada yerləşən ULB Universitetini bitirib. Türkiyənin İstanbul şəhərində idman komplekslərinin inşası ilə məşğul olan Ars Spor şirkətinin sahibidir. Bu şirkət indiyə qədər dünyanın 70-dən çox ölkəsində futbol, basketbol, tennis, golf və s. idman növləri üçün nəzərdə tutulmuş komplekslər inşa edirlər.


Xəbər 1315 dəfə oxundu.