Azarkeşlər Formula 1 Braziliya Qran-Prisini tribunalardan izləyə biləcəklər
Formula 1 Braziliya Qran-Prisinin baş promouteri Tamaş Roxoni yarışın əvvəlcədən elan olunduğu kimi noyabrın 15-də İnterlaqos trasında keçiriləcəyini açıqlayıb.

T.Roxoni deyib: “Hazırlıq plana uyğun gedir. Yürüş zamanı heç bir problem olmayacaq. Ümid edirəm ki, yarışın vaxtında dəyişiklik olmayacaq və tribunalara azarkeşlər buraxılacaq”.

Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb. Yeni mövsümə iyulun 3-5-də Avstriyada start veriləcək. Avstriya ikinci yarışa iyulun 10-12-də ev sahibliyi edəcək. İyulun 17-19-da Macarıstan Qran-Prisi təşkil olunacaq. İyulun 31-dən avqustun 2-dək və avqustun 7-9-da Böyük Britaniyada iki yarış keçiriləcək. Avqustun 14-16-da İspaniyada, ayın 28-30-da Belçikada, sentyabrın 4-6-da isə İtaliyada yarışların təşkili nəzərdə tutulub.

Xəbər 514 dəfə oxundu.