MBA növbəti mövsümə dekabrda başlayacaq
Milli Basketbol Assosiasiyası (MBA) 2020-2021-ci il mövsümünün dekabrın 1-də başlayacağını düşünür.

Bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, MBA rəhbərliyi koronavirus səbəbindən dayandırılan 2019-2020-ci il mövsümünün qalan formatını təsdiqləyib. Müntəzəm mövsüm iyulun 31-də başlayacaq və 30 komandadan yalnız 22-si mübarizə aparacaq.

Bütün matçlar Orlando şəhərində (Florida, ABŞ) yerləşən “Disney World” əyləncə parkında keçiriləcək. Final seriyasında yeddi matç olacağı təqdirdə mövsüm oktyabrın 12-də başa çatacaq.

Xəbər 536 dəfə oxundu.