Futbol üzrə İtaliya kubokunun təqvimi müəyyənləşib
Koronavirus pandemiyasına görə dayandırılmış futbol üzrə İtaliya kubokunun təqvimi müəyyənləşib.

Bu barədə ölkənin idman naziri Vinçentso Spadafora yerli mətbuata açıqlamasında məlumat verib.

Yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Milan”-“Yuventus” qarşılaşması iyunun 12-də, “Napoli”-“İnter” oyunu isə iki gün sonra keçiriləcək. İyunun 17-nə isə final qarşılaşması nəzərdə tutulub.

Qeyd edək ki, İtaliya A Seriyasının iyunun 20-də bərpa ediləcəyi gözlənilir.

Xəbər 507 dəfə oxundu.