Veron getməyə söz verib
Məşhur argentinalı yarımmüdafiəçi Xuan Sebastyan Veron karyerasını başa vurmağa yekun qərarını verdi. İdman.com.az saytının məlumatına görə, onun son oyunu «Estudiantes»in «Union»a qarşı qarşılaşması olacaq.

«Estudiantes»in 37 yaşlı yarımmüdafiəçisi hələ ötən ilin karyerasını başa vurmaq istəyirdi. Onun vida matçı ötən il dekabrın 11-ə planlaşdırılırdı. Lakin sonradan həmklubları onu inadından döndərib yarım il komandada saxlaya biliblər.

2006-cı ildən Argentina çempionatına dönərək 3 titul qazanmış Veron hələ 2010-cu ildə də futboldan gedəcəyini demişdi. O zamansa Veronun inadını azarkeşlər qırmışdı.

Futbolçunun Avropa karyerasında İtaliyada «Sampdoriya», «Parma», «Latsio», «İnter», İngiltərədə isə «Mançester Yunayted» və «Çelsi» olub. Vətənində isə «Estudiantes»dən savayı, «Boka Xuniors»da da oynayıb. Argentina yığmasında 1998, 2002, 2010-cu illər dünya çempionatlarının iştirakçısı ümumilikdə millidə 73 oyun keçirib.

Xəbər 886 dəfə oxundu.