Yaponiya höküməti “Tokio-2020”nin sadələşdirilmiş qaydada keçirilməsi ilə bağlı danışıqlar aparır
Yaponiya höküməti “Tokio-2020” Yay Olimpiya Oyunlarının sadələşdirilmiş qaydada keçirilməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi ilə danışıqlar aparır.

Bu barədə Tokio qubernatoru Yuriko Koike açıqlama verib. Y.Koike müzakirələrin bir sıra məsələlər ətrafında davam etdiyini bildirib. Qeyd edib ki, təklif olunan dəyişiliklər arasında idmançıların və nümayəndə heyətlərinin Atletlər kəndinə giriş və çıxışlarına müəyyən məhdudiyyətlərin tətbiq edilməsi, eləcə də oyunları izləmək üçün məhdud sayda azarkeşlərə icazə verilməsi və onların polimeraz zəncir reaksiya (PCR) testlərindən keçirilməsi də var. Atletlərin və nümayəndə heyətlərinin də bu testlərdən keçirilməsinin zəruriliyi müzakirə olunur.

Xəbər 528 dəfə oxundu.