Virtual 24 saatlıq Le Man marafonunun iştirakçıları müəyyənləşib
İyunun 13-14-də keçiriləcək virtual 24 saatlıq Le Man marafonunun iştirakçıları müəyyənləşib.

Onların arasında Formula 1-in hazırkı pilotlarından bir neçəsi də yer alıb. Onlar Maks Ferstappen, Lando Norris, Pyer Qasli, Çarls Lekler və Antonio Giovinazzidir.

Qeyd edək ki, marafon Sarte trasında sentyabrın 19-20-də keçiriləcək.

Xəbər 438 dəfə oxundu.