Velosiped üzrə dünya çempionatı gələn il Aşqabadda keçiriləcək | |
Aşqabadda Ümumdünya Velosiped Gününə həsr olunmuş kütləvi tədbirlər keçirilir. İyunun 3-də Türkmənistan Prezidentı Qurbanqulu Berdiməhəmmədov “Velosiped” adlı monumentinin açılışını edib. Paytaxtın cənub hissəsində ucaldılan abidə 2018-ci ildə BMT Baş Assambleyasının qətnaməsi ilə Türkmənistanın təklifini dəstəklədiyini və Ümumdünya Velosiped Gününün təsis edildiyini əbədiləşdirib. Abidənin açılış mərasimində çıxış edən ölkə başçısı bədən tərbiyəsi və idmanın cəmiyyətin həyatındakı xüsusi rolunu qeyd edib. Qeyd edək ki, ölkə başçısı 2021-ci ildə Aşqabadın Olimpiya şəhərciyində velosiped üzrə dünya çempionatının keçiriləcəyini açıqlayib. AZƏRTAC |
|
Xəbər 626 dəfə oxundu. |
|
|