İdman gimnastikası üzrə Avropa çempionatının ev sahibliyi Azərbaycana həvalə olunub
Bakı dekabrda qadın və kişi idman gimnastikası üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək.

Qadın idman gimnastikası üzrə qitə birinciliyi aprelin 30-dan mayın 3-dək Fransada keçirilməli olsa da, koronavirus pandemiyasına görə Fransa Gimnastika Federasiyası çempionatı təşkil etməkdən imtina edib. Qitə qurumu çempionatı Fransadan alaraq Azərbaycana verib. Turnir dekabrın 17-20-də Bakıda təşkil olunacaq.

Kişi idman gimnastikası üzrə Avropa çempionatının isə mayın 27-31-də Bakıdakı Milli Gimnastika Arenasında təşkili nəzərdə tutulmuşdu. Pandemiyaya görə yarış dekabrın 9-13-də keçiriləcək.


Xəbər 762 dəfə oxundu.