Danilo Petruççi cari ilin sonunda “Ducati”dən ayrılacaq
İtaliyalı motoyürüşçü Danilo Petruççi cari ilin sonunda “Ducati” komandasından ayrılacaq.

Növbəti mövsümdən “Ducati”nin şərəfini avstraliyalı Cek Miller qoruyacaq. “Ducati”nin digər üzvü Andrea Dovitsiozonun isə gələn il komandada çıxış edəcəyi sual altındadır.

D.Petruççi deyib: “Ducati” ilə əməkdaşlığa gələn il son qoyacağam. Ancaq mən MotoGP yarışlarında gücümü sınamaq istəyirəm. Bir il öncə mən ilk qələbəmi qazandım və uğurları davam etdirmək niyyəntindəyəm”.

Qeyd edək ki, növbəti mövsüm D.Petruççinin “Aprillia” komandasında çıxış edəcəyi gözlənilir.


Xəbər 483 dəfə oxundu.