“Qarabağ” “Sabah”la yoxlama oyunu keçirəcək
“Qarabağ” klubu yoxlama oyununda “Sabah” ilə qüvvəsini sınayacaq.

Matç iyunun 9-da saat 19:30-da “Bank Respublika Arena”da baş tutacaq.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı uzunmüddətli fasilədən sonra iyunun 1-də məşqlərə başlayan “Sabah” hazırlığını “Bank Respublika Arena”da davam etdirir.
“Sabah” komandası Premyer Liqanın XXI turunda “Keşlə” ilə qarşılaşacaq. Matç iyunun 21-də baş tutacaq. Ağdam təmsilçisi də eyni gündə “Qəbələ”ni qəbul edəcək

Xəbər 451 dəfə oxundu.