Bolqarıstan çempionatında azarkeşlərin stadionlara girişinə icazə veriləcək
İyunun 5-də bərpa olunacaq futbol üzrə Bolqarıstan çempionatında azarkeşlərin stadionlara girişinə icazə veriləcək. Bolqarıstan Səhiyyə Nazirliyi azarkeşlərin oyunları tribunadan izləməsinə icazə verib.

Nazirliyin tələbinə görə, tribunaların 30 faizdən çox hissəsi dolmamalıdır. Bu qərar birinci və ikinci liqanın oyunlarına da şamil olunacaq.

Qeyd edək ki, daha əvvəl Rusiya Futbol İttifaqı Premyer Liqanın azarkeşlərin iştirakı ilə bərpa olunacağını açıqlayıb.

Xəbər 475 dəfə oxundu.