Muay-tay Birinci MDB Oyunlarının proqramına daxil edilib
İdmanın muay-tay növü Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək Birinci MDB Oyunlarının proqramına daxil edilib.

Yaxın günlərdə milli komandanın bu yarışa hazırlıqları başlayacaq.

MDB Oyunlarında cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, mini-futbol, boks, tayboks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, qol güləşi, mas-restlinq, idman güləşi, kəmər güləşi (koreş), yüngül atletika və basketbol növləri üzrə yarışlar keçiriləcək.

Yarışların loqotipi Simurq quşu, talismanı isə bəbirdir. Oyunların bu il avqustun 20-27-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilməsi planlaşdırılıb. Yarışlarda 11 ölkədən 14-23 yaşlarında 3,5 minə yaxın idmançının iştirakı gözlənilir.

Xatırladaq ki, Birinci MDB Oyunlarının keçirilməsi ideyası MDB Dövlət Başçıları Şurasının 2018-ci ildə Tacikistanda keçirilmiş iclasında təsdiqlənib.

AZƏRTAC

Xəbər 472 dəfə oxundu.