“Çelsi” yayda transferlərə 100 milyon funt sterlinq xərcləyəcək
Londonun “Çelsi” futbol klubu yay transfer pəncərəsində heyətini gücləndirmək istəyir.

London klubunun rəhbərliyi bunun üçün transferlərə 100 milyondan çox funt sterlinq ayırıb.

Bildirilib ki, bu məbləğin böyük hissəsini “Çelsi” Almaniyanın “Borussiya Dortmund” komandasından Ceydon Sançonu almaq üçün ayıracaq. Bundan başqa, klub “Lester”dən Ben Çilvelli heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, London təmsilçisi hazırda İngiltərə çempionatında 48 xalla dördüncü pillədə qərarlaşıb.

Xəbər 469 dəfə oxundu.