MotoGP üzrə Yaponiya Qran-Prisi ləğv olunub
MotoGP üzrə daha bir yarış ləğv olunub.

Yarışın Yaponiya mərhələsi koronavirus pandemiyasına görə ləğv edilib. Yarışın keçirilməsi oktyabrın 18-nə planlaşdırılırdı.

MotoGP yarışlarının baş direktoru Karmelo Espeleta deyib: “Bu il noyabrın ortasınadək Avropada çox sayda yarış keçirmək istəyirik. Avropadan kənarda yarışları daha sonra təşkil edəcəyik. Yaponiya Qran-Prisini noyabrın sonunda keçirmək istəsək də, təşkilatçılar ilə razılığa gələ bilmədik”.

Qeyd edək ki, 1986-cı ildən bəri ilk dəfədir Yaponiyada MotoGP yarışları təşkil olunmayacaq.

Xəbər 460 dəfə oxundu.