Filipp Koutinyo yenidən “Barselona”ya qayıdır
Almaniyanın “Bavariya” futbol klubu Filipp Koutinyo ilə yollarını ayırmağa qərar verib.

Münxen təmsilçisi İspaniyanın “Barselona” komandasından icarəyə götürdüyü braziliyalı yarımmüdafiəçini transfer etməyəcək. “Bavariya”nın F.Koutinyonu yenidən icarəyə götürmək istəmədiyi də bildirilib. Buna görə də 27 yaşlı futbolçu iyunun sonunda - icarə müqaviləsi başa çatanda Kataloniya klubuna qayıdacaq.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2018-ci ilin yanvarında 145 milyon avroya “Liverpul”dan “Barselona”ya transfer olunub. O, cari mövsümdə Münxen komandasının heyətində keçirdiyi 32 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbər 493 dəfə oxundu.