MBA-da mövsüm oktyabrın 12-dən gec olmayaraq başa çatdırılacaq
Milli Basketbol Assosiasiyasının (MBA) 2019-2020-ci il mövsümünün final seriyasının yeddinci matçı oktyabrın 12-dən gec olmayaraq keçiriləcək.

Bu barədə “Twitter”dəki səhifəsində ESPN televiziya kanalının jurnalisti Edrian Voynarovski məlumat verib.

MBA martın 12-də koronavirus pandemiyası səbəbindən müntəzəm mövsümü təxirə salıb. Daha əvvəl bildirilib ki, assosiasiya rəhbərliyi mövsümü 22 komanda formatında iyulun 31-də bərpa etməyi planlaşdırır.

Bütün qarşılaşmalar Orlandoda keçiriləcək. Son qərar cümə axşamı MBA rəhbərliyinin iclasında veriləcək.

Xəbər 495 dəfə oxundu.