“Neftçi” klubu qapıçı Kamran İbrahimov ilə yeni müqavilə imzalayıb
“Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Qapıçı Kamran İbrahimovun daha iki il paytaxt təmsilçisinin heyətində qalmasına dair müqavilə imzalanıb. İyirmi yaşlı qolkiper 2022-ci il mayın sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

Flaqman daha əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov ilə də yeni müqavilələr imzalayıb.

Xəbər 493 dəfə oxundu.