DTM-nin mövsümqabağı sınaq testlərinin keçiriləcəyi tarix məlum olub
Almaniyanın DTM kuzov seriyası trasa qayıdacaq.

İyunun 8-dən 11-dək Nürburgringdə mövsümqabağı test yürüşü keçiriləcək.

Qeyd edək ki, sınaq yarışının keçirilməsi əvvəlcə mart ayına planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən baş tutmayıb.

Sınaq yarışları ciddi epidemioloji təhlükəsizlik tədbirləri altında aparılacaq.

Yaxın vaxtlarda DTM təşkilatçıları 2020-ci il mövsümünün yenilənmiş təqvimini təqdim edəcəklər.

Xəbər 568 dəfə oxundu.