“Panatinaikos”un basketbolçusu “Barselona” ilə anlaşıb
Yunanıstanlı basketbolçu Nik Kalates növbəti mövsümdə karyerasını “Barselona”da davam etdirəcək.

“Panatinaikos”un oyun qurucusu Kataloniya klubu ilə 5,5 milyon avro qarşılığında üçillik müqavilə şərtlərinə razılaşıb. Kalates daha 1 il Afina klubunda qalmağa borclu olsa da, maliyyə böhranı nəticəsində yunanlar sözləşməyə xitam verməli olublar.

Büdcəsi azaldılan “Panatinaikos”da analoji halın davam edəcəyi ehtimalı böyükdür.


Xəbər 532 dəfə oxundu.