“Neftçi” klubu xüsusi karantin rejiminin yumşaldılmasından sonra ilk məşqini keçirib
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 31-dən etibarən açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə veriləndən sonra AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçirilib və iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqlərinin, iyunun 21-də isə Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının bərpası haqda qərar verilib.

Koronavirus infeksiyasının (COVID-19) yayılması səbəbindən ölkədəki xüsusi karantin rejimi ilə əlaqədar martın 14-də fəaliyyətini müvəqqəti dayandırmış “Neftçi” peşəkar futbol klubu fəaliyyətini tam bərpa edib. “Ağ-qaralar” “Türk Hava Yolları Futbol Mərkəzi”ndə axşam məşqinə çıxıb. Hazırlıq çərçivəsində iyunun 3-də daha iki məşq olacaq.

“Neftçi” fasilədən sonra Premyer Liqada birinci oyununu iyunun 21-də səfərdə “Zirə”yə qarşı keçirəcək.

Xəbər 493 dəfə oxundu.