Montsada Formula 1 yarışı tamaşaçısız keçiriləcək
Montsa bələdiyyə başçısı Dario Allevi Formula 1 üzrə İtaliya Qran-Prisinin vaxtında keçiriləcəyini bildirib.

Koronavirus pandemiyası səbəbindən, digər Avropa mərhələlərində olduğu kimi, bu yarış da tamaşaçısız keçiriləcək.

Dario Allevi bildirib ki, Montsadakı Formula 1 yarışı sentyabrın 6-da qapalı şəraitdə baş tutacaq. Montsada epidemioloji vəziyyət yaxşılaşır. Artıq ikinci gündür ki, heç bir yoluxma hadisəsi qeydə alınmayıb.


Xəbər 483 dəfə oxundu.