“Neftçi” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır
“Neftçi” klubu heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

Braziliya mətbuatının yazdığına görə, B Seriyasında çıxış edən “Quarani” klubunun futbolçusu Tallisonu Bakı klubuna keçməyə yaxındır.

“Globo Esporte” nəşri 28 yaşlı müdafiəçinin “Neftçi” ilə üçillik müqavilə imzalayacağını yazıb. Braziliyalı futbolçu komandadan ayrılan haitili cinah müdafiəçisi Donald Geryeni əvəzləyəcək.

Qeyd edək ki, Tallison Auqusto Tavares Dias Braziliyada “Flamenqo”, “Seara” və “Vitoriya” kimi klublarda çıxış edib.

Xəbər 516 dəfə oxundu.