FIA mühərriklər üçün yeni tənzimləmə qaydaları hazırlayıb
Beynəlxalq Avtomobil Federasiyası (FIA) mühərriklər üçün yeni tənzimləmə qaydaları hazırlayıb.

2023-cü ildən sonra mövcud V6 hibrid turbo mühərriklər “dondurulacaq”, onların tamamlanması dayandırılacaq. Onlar 2025-ci ildə yeni motor istehsalçılarını çempionata cəlb etməli olan yeni, daha sadə və daha ucuz mühərriklərlə əvəzlənəcək. Xüsusilə, FIA prezidenti Jan Todtun bir neçə il əvvəl çıxarılmasını təklif etdiyi bahalı MGU-H motor generatorundan istifadə dayandırılacaq.

Yeni motor qaydaları artıq nəzərdən keçirilmək üçün komandalara göndərilib və bu həftənin sonunadək təsdiqlənə bilər.


Xəbər 492 dəfə oxundu.