“Real Madrid” ev oyunlarını “Santyaqo Bernabeu” stadionunda keçirməyəcək
İspaniyanın “Real Madrid” futbol klubu La Liqa yenidən başladığı zaman qalan ev oyunlarını “Santyaqo Bernabeu” stadionunda keçirməyəcək.

Bu sözləri Madrid təmsilçisinin prezidenti Florentino Peres bildirib. Klubun rəhbəri deyib ki, bu qərar stadionda yenidənqurma işlərinə davam edə bilmək üçün verilib. Klub prezidenti qalan matçların “Real Madrid”in ikinci komandası –“Kastilya”nın ev oyunlarını keçirdiyi Alfredo Di Stefano stadionunda təşkil ediləcəyini vurğulayıb.

“Santyaqo Bernabeu”da yenidənqurma işlərinin 2022-ci ildən tez başa çatacağı gözlənilir.

Xəbər 485 dəfə oxundu.