Avropa Olimpiya Komitələrinin prezidenti Yanez Koçiyançiç vəfat edib
Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yanez Koçiyançiç 79 yaşında dünyasını dəyişib.

Bu barədə EOC-un rəsmi saytında məlumat verilib. Sloveniyalı Y.Koçiyançiçin uzun sürən xəstəlikdən sonra öldüyü bildirilib.

Qeyd edək ki, Y. Koçiyançiç 2017-ci ildən quruma rəhbərlik edirdi. O, 2015-ci ildən EOC İcraiyyə Komitəsinin üzvü idi.

Y.Koçiyançiç bir neçə dəfə Azərbaycanda olub. O, ötən il Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimində də iştirak edib.


Xəbər 479 dəfə oxundu.