“Barselona” Lautaro Martineslə razılığa gəlib
İspaniyanın “Barselona” futbol klubu İtaliyanın “İnter” komandasının hücumçusu Lautaro Martineslə razılığa gəlib.

22 yaşlı hücumçu yeni klubunda illik 12 milyon avro və bonuslar qazanacaq. Yaxın günlərdə La Liqa təmsilçisi “İnter”lə də razılığa gəlməlidir. Belə ki, “Barselona” argentinalı futbolçunun müqaviləsindəki təzminat qiyməti - 111 milyon avronu ödəməyi planlaşdırır. Klubun ilk öncə 90 milyon avro və əlavə bir oyunçusunu təklif edərək “İnter”lə razılığa gəlməyə çalışacağı vurğulanıb.

Qeyd edək ki, L.Martines bu mövsüm A seriyasında 31 matçda 16 qol vurub.

Xəbər 508 dəfə oxundu.