“Neftçi” kapitanı ilə 3 illik müqavilə imzalayıb
Bakının “Neftçi” futbol klubu kapitanı Emin Mahmudovla müqavilənin müddətini uzadıb.

Azsport.az klubun saytına istinadla xəbər verir ki, yeni anlaşmaya görə, təcrübəli futbolçu daha 3 il Bakı təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, E.Mahmudov cari mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub. “Neftçi” bundan əvvəl isə digər futbolçu Anton Krivotsyuk yeni müqavilə imzalayıb.

Xəbər 480 dəfə oxundu.