Luis Hamilton:"Siz bizim tərəfimizdə deyilsiniz"
Luis Hamilton Formula 1 dünyasını son günlər dünyada irqçi hücumlara görə etirazlara qarşı səssiz olmaqda günahlandırıb.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə pilotun özü şəxsi İnstaqram səhifəsində yazıb.

"Sizlərin susduğunu görürəm. Ən böyük ulduzların bəziləri bu ədalətsizliyin ortasında səssiz qalır. İştirak etdiyim sektorda, təbii ki, ağların üstünlük təşkil etdiyi idmanda heç kimdən səs gəlmir. İndiyə qədər bunun nə üçün baş verdiyini və bir şey söyləməyinizi düşünürdüm, ancaq siz bizim tərəfimizdə deyilsiniz.Qəlbimizdə irqçilik və nifrət ilə doğulmamışıq. Bunları gördüyümüz insanlardan öyrənirik" - deyə, pilot bildirib.

Xəbər 1007 dəfə oxundu.