Şahmat üzrə ABŞ və dünya yığmaları üz-üzə gələcəklər
Koronavirus pandemiyası zamanı daha bir onlayn şahmat turniri təşkil olunacaq.

ABŞ Şahmat Federasiyasının təşkilatçılığı ilə iyunun 6-dan 14-dək ABŞ - dünya yığması matçı keçiriləcək.

ABŞ yığmasının heyətində Fabiano Karuana, Uesli So, Leyner Dominqes və Hikaru Nakamura mübarizə aparacaqlar. Dünya yığmasında isə Maqnus Karlsen, Maksim Vaşye-Laqrav, Aleksandr Qrişuk və digərləri yer alıblar.

Xəbər 431 dəfə oxundu.